Hörmətli müştərilər!
29.04.2020-ci il tarixindən etibarən koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkili çərçivəsində insanların kütləvi toplanış və təmas yerlərinin minimallaşdırılması məqsədi ilə bankımızın filiallarında müştərilərə xidmət saatları müvəqqəti olaraq aşağıdakı kimi müəyyən edilmişdir:
İş günləri | İş saatları |
---|---|
I - V günlər | 09:00 - 17:00 Fasilə (13:00 - 14:00) |
İstirahət günləri |
---|
Şənbə və Bazar günləri |
Qeyri-iş saatlarında Bankın 24/7 iş rejimində (həftənin 7 günü 24 saat) fəaliyyət göstərən ödəniş terminalları xidmətinizdə olacaq.
Qeyri iş saatlarında ödənişlərinizi həmçinin Bank of Baku-nun mobil tətbiqi (App), www.bankofbaku.com, www.e-pul.az, www.hesab.az saytları, yaxınlıqda yerləşən “MilliÖn” və “eManat” ödəniş terminalları vasitəsi ilə də həyata keçirə bilərsiniz.
“BANK of BAKU” ASC-nin RƏHBƏRLİYİ