Курсы валют Перезвонить вам?
Жалобы и предложения
Все категории
Все категории
Все категории
Banners main page
О банке
Корпоративные услуги
Карты
Кредиты
Вклады
Срочные денежные переводы
Онлайн сервисы
Новости
Bankımız mediada
Клуб лояльности
Расчётно-кассовые операции
Документарные операции
Обзорная информация по обращениям потребителей
Объявления
Plastik kartlar
Филиалы и банкоматы
Видео
Selectors
Ads
Услуги по картам
Дебетные карты
Локальные карты
Кредитные карты
Для бизнеса
Виртуальные карты
Требование по безопасности
Кредиты наличными
Кредитные карты
Ипотека
Бизнес кредиты
В какое время?
Срок службы:
Понедельник - пятница (10:00-18:00)

Bank of Baku-dan Əngəlsiz, Sərhədsiz, Azad teatra dəstək!

14 Апрель 2022

Fəaliyyəti dövrü ərzində hər zaman cəmiyyətə qarşı olan məsuliyyətini anlayan və bu istiqamətdə bir çox işlərə imza atan, ölkənin aparıcı banklarından olan Bank of Baku, Korporativ sosial məsuliyyət proqramına sadiq qalaraq Azərbaycan incəsənəti və mədəniyyətinə dəstəyini göstərib.

Bank, kökləri qədim zamanlara gedib çıxan teatr sənətini günümüzdə davam etdirən, “Əngəlsiz, Sərhədsiz, Azad” şüarı ilə səhnədə xariqələr yaradan ƏSA Teatrına dəstək göstərəcək.

Qeyd edək ki, 2016-cı ildə yaradılan ƏSA Teatrı, ölkəmizin, eyni zamanda Qafqazın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv teatrıdır.

Layihənin əsas məqsədi sadəcə, incəsənətin inkişafı və təşviqi deyil, eyni zamanda fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasının bərpa və sürətləndirməsinə dəstək olmaqdır. 20 aprel tarixində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında "Adamlar və siçanlar" tamaşasını səhnələşdirməyi planlaşdıran ƏSA Teatrı gələcək günlərdə də fərqli tamaşalarla izləyicilərinin qarşısına çıxacaq.

Bank of Baku-nun keçirdiyi layihələr və bank haqqında ətraflı məlumat almaq üçün 145 Məlumat Mərkəzinə zəng edə və ya bankın rəsmi veb səhifəsinə https://www.bankofbaku.com, “Facebook” səhifəsinə www.facebook.com/bankofbaku daxil ola bilərsiniz.