Bank of Baku, ev arzusunda olan şəxslər üçün İpoteka krediti üzrə şərtlərini daha da yüngülləşdirdi. İpoteka krediti üzrə maksimal məbləği 150.000 AZN-dək artıran Bank, minimal 20% İLKİN ÖDƏNİŞ etməklə müştərilərini ev sahibi etmək niyyətindədir. 
 Bank of Baku-nun təklif etdiyi İpoteka kreditləri üzrə maksimal ÖDƏNİŞ MÜDDƏTİ 25 İL, İLLİK FAİZ DƏRƏCƏSİ isə sadəcə 8% təşkil edir. 
 Azərbaycan İpoteka Fondu tərəfindən ayrılan vəsait hesabına verilən İpoteka kreditinin rəsmiləşdirilməsi üçün aşağıdakı ilkin sənədlər tələb olunur:
- Şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti;
 - Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
 - Yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
 - İş yerini və gəlirlərini təsdiq edən sənədlər.
 - Asan imza və ya Elektron imza
 
Yuxarıdakı güzəştli şərtlərdən faydalanaraq ev sahibi olmaq istəyən hər bir şəxs https://e-gov.az saytından qeydiyyat keçib, ərizə formasını dolduraraq Bank of Baku-ya müraciət edə bilər. 
 İpoteka krediti haqqında daha ətraflı məlumat almaq istəyənlər, 145 Məlumat Mərkəzinə zəng edə və ya banka yaxınlaşa bilərlər.































		
