Курсы валют Перезвонить вам?
Жалобы и предложения
Все категории
Все категории
Все категории
Banners main page
О банке
Корпоративные услуги
Карты
Кредиты
Вклады
Срочные денежные переводы
Онлайн сервисы
Новости
Bankımız mediada
Клуб лояльности
Расчётно-кассовые операции
Документарные операции
Обзорная информация по обращениям потребителей
Объявления
Plastik kartlar
Филиалы и банкоматы
Видео
Selectors
Ads
Услуги по картам
Дебетные карты
Локальные карты
Кредитные карты
Для бизнеса
Виртуальные карты
Требование по безопасности
Кредиты наличными
Кредитные карты
Ипотека
Бизнес кредиты
В какое время?
Срок службы:
Понедельник - пятница (10:00-18:00)

İlklərin Bankı - Bank of Baku 14 Fevralda 24 Yaşında!

14 Февраль 2018

14 fevral 1994-cü il tarixindən etibarən inamla addımlayan və ölkənin bank sektoruna öz adını qızıl hərflərlə yazan Bank of Baku bu gün 24 yaşını qeyd edir.

24 rəqəmi – sevgi, pul və yaradıcılığın rəmzi sayılır. Bank of Baku fəaliyyət göstərdiyi bütün bu 24 il ərzində bu 3 meyarı əsas götürdü və müştərilərinə sevgi ilə xidmət göstərdi, onların gəlirlərinə əlavə gəlir qazandırdı və bank sektoruna gətirdiyi ilkləri ilə bir çox yeniliklərə imza atdı.

“Sizə Yaxın Bankçılıq” şüarı ilə müştərilərinə xidmət göstərən Bank, yeni yaşında “Sizə yaxın korporativ bankçılıq” şüarı ilə xidmət sahəsini daha da genişləndirdi və bu istiqamətdə ciddi işlər gördü. Onların sırasında korporativ müştərilərə özəl İŞKART - biznes kart məhsulunu və depozit funksiyalı Bolkart debet əmək haqqı kartlarının istifadəyə verilməsini göstərmək olar.
24 ildə müştərilərinə ən üstün və rahat xidmət üçün çalışdı, yaratmaqdan yorulmadı və İnnovator Bank adını daim qoruyub saxladı. Xidmətinə sevgi qatan və müştərilərinə gəlir qazandıran Bank onlara maliyyə xidmətlərindən daha rahat istifadə üçün İnternet Bankçılıq və Təcili Pul köçürmələri sahəsində bir çox ilklərə imza atdı.

Bank of Baku hal-hazırda, 5-i region və 13-ü Bakı və Abşeron olmaqla, ümumilikdə 18 filial şəbəkəsi ilə 700 mindən çox müştəriyə xidmət göstərir.

Bank yeni yaşına özəl olaraq bütün məhsul və xidmətlərini müştərilərinə 0% komissiya ilə təqdim edir. 24 yaşa özəl keçirilən kampaniya haqqında ətraflı məlumatla bu linkə daxil olaraq tanış ola bilərsiniz.