Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

İnsan Resursları

Bank of Baku – bir məktəbdir! 

İşə qəbul prosesi vaxt tələb edən və məsuliyyətli bir prosedir. Bu prosesdə biz daim çalışırıq ki, aşağıdakı prinsiplərə əməl edək:

Obyektivlik - Şəffaflıq - Əhatəlilik - İnkluzivlik

Seçim prosesi vəzifədən asılı olaraq müraciətlərin nəzərdən keçirilməsi, testləşdirmə (məntiqi-riyazi, psixoloji, funksional) və 2 mərhələli müsahibədən ibarət ola bilər. Müraciət etmək istəyən namizədlər onlayn müraciət formamızı doldura və ya öz CV formalarını “subject” bölməsində müraciət etmək istədikləri vakansiya və ya sahənin adını qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.

Aşağıdakı hissədə siz bankımızda hal-hazırda mövcud olan vakant iş yerləri haqqında məlumat əldə edə və müraciət edə bilərsiniz:

"Bank of Baku" ASC Mikrokreditlər və İstehlak kreditləri sahəsində vakansiya elan edir.

Tələblər:

  • İqtisadiyyat və idarəetmə sahəsi üzrə ali təhsil
  • Əla Azərbaycan dili bilikləri
  • MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
  • Yüksək ünsiyyət və izah etmə qabiliyyəti, həmçinin analitik düşüncə tərzinə malik olmalı
  • Təşəbbüskar, aktiv və əzmkar olmalı

Müraciət etmək istəyən namizədlər hr@bankofbaku.com elektron ünvanına iddia olunan vakant vəzifənin adını qeyd etməklə CV-lərini göndərə bilərlər.

İstifadəçilərin texniki dəstəklənməsi şöbəsinin kiçik eksperti/eksperti

Tələblər

  • Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üstünlükdür.)
  • Sahə üzrə 1 ildən çox iş təcrübəsi
  • Məlumatları bərpa edə bilmək, Active Directory (anlayış), şəbəkə qurğuları ilə işləmək bacarığı
  • Windows 10 (Server 2016, 2019 arzu olunandır), Microsoft Office 2013, 2016, 2019 proqramları ilə dərindən işləmək bacarığı
  • Azərbaycan dili əla, ingilis dili və rus dili üzrə yaxşı səviyyədə biliklər
  • Ünsiyyətqurma və təşkilatçılıq bacarıqlarının olması
  • Problem həll etmə və analitik düşünmə qabiliyyətinin, həmçinin vaxtı idarəetmə bacarığının yaxşı səviyyədə olması

Əsas vəzifə və öhdəliklər

  • Texniki işlərin təlimatlara uyğun yerinə yetirilməsi
  • Bankın kompüter və ofis texnikasının mütəmadi profilaktikası və diaqnostikasının keçirilməsi
  • Profilaktika və diaqnostika zamanı ortaya çıxan nasazlıqların aradan qaldırılması
  • Ödəniş sistemlərinin texniki dəstəklənməsi, sazlanması, sertifikatların qurulması
  • MKR, APUS sistemlərinin texniki dəstəklənməsi və sazlanması
  • İş qrafiki: 5 iş günü, 09:00-18:00
  • İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)

Müraciət qaydası

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində İstifadəçilərin texniki dəstəklənməsi şöbəsinin kiçik eksperti/eksperti qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Proseslərin idarə edilməsi və rəqəmsal transformasiya şöbəsinin eksperti/aparıcı eksperti/baş eksperti

Tələblər

  • Ali təhsil (İnformasiya texnologiyaları və iqtisadiyyat sahələri üstünlükdür.)
  • Sahə üzrə 2 ildən çox iş təcrübəsi
  • Azərbaycan dili əla, ingilis dili və rus dili üzrə yaxşı səviyyədə biliklər
  • MS Excel, PowerPoint, MS Visio proqramları ilə əla səviyyədə işləmək bacarığı
  • Ünsiyyətqurma və təşkilatçılıq bacarıqlarının olması
  • Problem həll etmə və analitik düşünmə qabiliyyətinin, həmçinin vaxtı idarəetmə bacarığının yaxşı səviyyədə olması

Əsas vəzifə və öhdəliklər

  • Mövcud biznes və texnoloji proseslərin rəqəmsallaşdırılaraq optimallaşdırılması üzrə daxili ehtiyacların öyrənilməsi və təhlil edilərək təkliflərin hazırlanması
  • Hazırlanmış təkliflərin həyata keçirilməsi üçün aidiyyəti strukturlarla mütəmadi iş birliyində olmaq
  • Müxtəlif İT xidmətlərin, eləcə də proqram təminatlarının satın alınması üçün bazar araşdırmasının aparılması, təchizatçılarla əlaqə qurulması və lazımi məlumatların toplanması
  • İT xidmət və proqram təminatı təchizatçılarının təklif etdikləri məhsul və xidmətlərin texnoloji dəyərləndirmələrinin aparılması, təhlil edilərək qarşılaşdırılması və POC (Proof of Concept) çalışmalarının yerinə yetirilməsi
  • Yerinə yetirilən işlərlə bağlı olan proseslərin yazılması və təqdimatların hazırlanması.
  • İş qrafiki: 5 iş günü, 09:00-18:00
  • İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)

Müraciət qaydası

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Proseslərin idarə edilməsi və rəqəmsal transformasiya şöbəsinin eksperti/aparıcı eksperti/baş eksperti qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Flutter developer

Tələblər

  • Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üstünlükdür.)
  • Flutter developer üzrə 1 ildən çox iş təcrübəsi
  • Flutter ilə mobil tətbiq yaratmış olmaq
  • Kənar (3rd party) kitabxanalar və API inteqrasiya təcrübəsinə malik olmaq
  • Git və ya digər kod versiya idarəetmə sistemləri ilə təcrübə
  • Əla Azərbaycan dili bilikləri (İngilis dili biliyi arzuolunandır.)
  • Ünsiyyətqurma və təşkilatçılıq bacarıqlarının olması
  • Problem həll etmə və analitik düşünmə qabiliyyətinin, həmçinin vaxtı idarəetmə bacarığının yaxşı səviyyədə olması

Qeyd: AppStore/Google Play'də minimum 1 tətbiq yükləmiş olması və native kodlaşdırma (Java/Kotlin və ya Swift) təcrübəsi üstünlükdür.

Əsas vəzifə və öhdəliklər

  • Yeni mobil proqram təminatının yazılması
  • Yeni proqramın keyfiyyət standartlarına cavab verməsini təmin etmək
  • İş qrafiki: 5 iş günü, 09:00-18:00
  • İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)

Müraciət qaydası

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Flutter developer qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

İT Audit şöbəsinin müfəttişi

Əsas vəzifə və öhdəliklər

  • İT sahəsi üzrə risk yönümlü audit planının qurulması və müvafiq audit proqramlarının tərtib edilməsi
  • İT sahəsi üzrə risklərin və nəzarət sistemlərinin adekvatlılığının, həmçinin fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin yoxlanılması
  • İT infrastrukturu üzrə mövcud biznes proseslərinin analizi və effektivliyinin artırılması üzrə təkliflərin verilməsi
  • Bankda informasiyaların qorunması və təhlükəsizliyinin təmin edilməsi üzrə nəzarətin mövcudluğunun yoxlanılması
  • Auditin Beynəlxalq audit standartlarına uyğun aparılmasının təmin edilməsi və proseslərin standartlara uyğun aparılması üzrə tövsiyələrin verilməsi
  • Audit prosesində əldə edilmiş informasiyalar və nöqsanlar barəsində yazılı formada hesabatın hazırlanması və təqdim edilməsi
  • Departamentin fəaliyyətinə aid olan və beynəlxalq praktikada qəbul olunmuş digər auditor vəzifələrinin yerinə yetirilməsi

Tələblər

  • Ali iqtisadi təhsil
  • Azərbaycan , rus və ingilis dillərində sərbəst yazı və şifahi kommunikasiya qabiliyyətinin olması
  • İT sahəsi (İT təhlükəsizlik, sistem inzibatçılığı, proqramlaşdırma, verilənlər bazası və s.) üzrə 2 ildən artıq iş təcrübəsi. İT audit sahəsində iş təcrübəsi arzuolunandır.
  • İT Audit və risklərin idarə olunması üzrə biliklər
  • Daxili və Beynəlxalq İT standartları üzrə biliklər
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı
  • Əlavə olaraq Certified Information Systems auditor, Certified Information Systems Security Professional, Certified Information Security Manager və ya Microsoft Certified Systems Engineer sertifikatlarına malik namizədlərə üstünlük veriləcək.
  • İş yeri: Baş İdarə
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

MÜRACİƏT QAYDASI

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində İT Audit şöbəsinin müfəttişi qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Məhkəmə işləri şöbəsinin hüquqşünası (Bakı və region filialları)

Əsas vəzifə və öhdəliklər

  • Məhkəmə işlərinin məhkəmədə təqibini həyata keçirmək
  • Məhkəmə qərarlarının alınıb aidiyyatı üzrə təhvil verilməsini təmin etmək
  • Məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmış işlərin yenidən məhkəməyə göndərilməsini təmin etmək
  • Əmək müqaviləsi, departamentin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra etmək

Tələblər

  • Ali hüquqi təhsil
  • Azərbaycan dili üzrə əla şifahi və yazılı ünsiyyət bacarığı
  • MS Word və Excel proqramları ilə orta səviyyədə işləmə bacarığı
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması
  • İş yeri: Bakı, Şirvan, Lənkəran və Yeni Gəncə filialları
  • İş vaxtı: 5 iş günü, 09.00-18.00

MÜRACİƏT QAYDASI

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Məhkəmə işləri şöbəsinin hüquqşünası qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Analitika və təqibə dəstək bölməsinin aparıcı eksperti

Əsas vəzifə və öhdəliklər

  • Problemli kreditlər portfelinin və portfel üzrə hesabatların təhlil edilməsi, həmçinin ona dair statistik məlumatlar əsasında mütəmadi olaraq hesabatların hazırlanması
  • Müştərilərin təqibi ilə əlaqəli hesabatlarını hazırlanması
  • Departament əməkdaşlarının portfel üzrə təyin olunmasına, iş yükünün düzgün bölüşdürülməsinə, aylıq planların icra edilməsinə və təqib normalarının yerinə yetirilməsinə dəstək olmaq
  • Müştərilərin və ya zaminlərin ünvanlarına sifariş olunan bildirişləri hazırlanması və aidiyyatı üzrə yönləndirilməsi

Tələblər

  • Ali iqtisadi təhsil
  • Analitika üzrə 2 ildən çox iş təcrübəsi
  • Əla Azərbaycan dili bilikləri (Rus və İngilis dili arzuolunandır.)
  • MS Office proqramları ilə işləmək bacarığı
  • Excel VBA, PL/SQL üzrə biliklər
  • Komanda halında işləyə bilmək və operativ olmaq
  • İş yeri: İnzibati Mərkəz
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

MÜRACİƏT QAYDASI

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Analitika və təqibə dəstək bölməsinin aparıcı eksperti qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Partnyorlarla iş və kampaniyaların təşkili şöbəsinin müdiri / şöbə müdirinin müavini

Tələblər

  • Yüksək kommunikasiya qabiliyyətinə malik olması
  • Ödəniş sistemləri və kart sistemlərindən anlayışının olması
  • Ofis proqramlarını yüksək peşəkarlıqla bilməsi

Əsas vəzifə və öhdəliklər

  • Potensial partnyorların cəlb olunması, cari partnyorların monitorinqinin təşkili və idarə olunması
  • Partnyorlarla kampaniyaların təşkili
  • Bolkart məhsulu üzrə dövriyyələrin artırılması məqsədi ilə kampaniyaların təşkili
  • Bazarın təhlili və məhsul inkişafı üzrə təkliflərin verilməsi
  • Aylıq rüblük illik hesabatların hazırlanması
  • İş yeri: İnzibati Mərkəz
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

MÜRACİƏT QAYDASI

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Partnyorlarla iş və kampaniyaların təşkili şöbəsinin müdiri / şöbə müdirinin müavini qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Backend developer

Əsas vəzifə və öhdəliklər

  • Yüksək dərəcədə genişlənə bilən proqram arxitekturasını dizayn etmək
  • Səliqəli və oxunaqlı kodların yazılmasına nail olmaq
  • Yeni layihələrin həyata keçirilməsində təşəbbüskarlıq nümayiş etdirmək
  • Yeni və mövcud layihələri təkmilləşdirmək, mövcud proqram təminatı layihələrini texniki dəstəkləmək
  • Bankdaxili və ictimai istifadə üçün nəzərdə tutulan proqramlar ilə əlaqədar backend xidmətlərinin yazılmasını təmin etmək

Tələblər

  • Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üstünlükdür.)
  • Sahə üzrə 1 ildən çox iş təcrübəsi
  • Proqram təminatının hazırlanması prosesi və texnologiyaları haqqında geniş biliklərə malik olmaq, həmçinin müxtəlif kodlaşdırma üsullarını və kompüter dillərini başa düşmək
  • Arxitektura üslubları və dizayn nümunələri haqqında biliklərin olması
  • Məlumatların modelləşdirilməsi və verilənlər bazasının dizayn ilə bağlı təcrübə
  • Backend və Frontend texnologiyaları üzrə biliklərə malik olmaq
  • Ən azı bir Java çərçivəsi (Spring Boot, Hibernate, Grails, Nginx) ilə bağlı məlumatlı olmaq
  • SQL, No/SQL üzrə biliklər
  • Alqoritmləri, məlumat strukturlarını, arxitekturaları, xüsusilə Microservice arxitekturasını yaxşı səviyyədə bilmək
  • Service Oriented Architecture (SOA) və GIT ilə iş təcrübəsi
  • DevOps texnologiyalar yığını (Docker, Jenkins, Kubernetes) və CI/CD üzrə biliklərin, həmçinin yeni texnologiyaları (çərçivələr, dillər və ya alətlər) öyrənmək və tətbiq etmək istəyinin olması
  • Azərbaycan dili əla, ingilis dili və rus dili üzrə yaxşı səviyyədə biliklər
  • Ünsiyyətqurma və təşkilatçılıq bacarıqlarının olması
  • Problem həll etmə və analitik düşünmə qabiliyyətinin, həmçinin vaxtı idarəetmə bacarığının yaxşı səviyyədə olması
  • İş qrafiki: 5 iş günü, 09:00-18:00
  • İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)

Müraciət qaydası

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Backend developer qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Backend developer

Requirements:

  • Broad and extensive knowledge of the software development process and its technologies
  • Knowledge of architectural styles and design patterns
  • Understanding of various coding methods and computer languages
  • Data modeling and database design experience
  • High experience with service oriented architecture (SOA)
  • Solid knowledge of Backend technologies
  • Knowledge of frontend technologies
  • Understanding of Microsevices architecture
  • Good code review skills
  • SQL / NoSQL knowledge
  • Knownledge of DevOps technology stack (Docker, Jenkins, Kubernetes etc.) and CI/CD
  • Good knowledge of Algoritms and Data Structures
  • Good Knowledge of GIT
  • Ability to learn and apply new technologies (frameworks, languages or tools) in small time
  • Solid understanding of at least one Java Framework (Spring Boot, Hibernate, Grails, nginx)
  • Good organizational and time-management skills
  • Good interpersonal and communication skills

Job responsibilities:

  • Design highly scalable software architecture
  • Ability to write neat and readable codes
  • Initiation and support of new projects, improvement of current projects
  • Writing backend services for internal and public use
  • Maintenance of existing software projects

How to apply:

Candidates who want to apply can fill in our online CV form using the "Apply" button or send their CV to hr@bankofbaku.com with the "Backend developer" in the subject section. Only shortlisted candidates will be contacted.

Məhkəmə işləri şöbəsinin hüquqşünası (Şirvan filialı)


Əsas vəzifə və öhdəliklər

  • Məhkəmə işlərinin məhkəmədə təqibini həyata keçirmək
  • Məhkəmə qərarlarının alınıb aidiyyatı üzrə təhvil verilməsini təmin etmək
  • Məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmış işlərin yenidən məhkəməyə göndərilməsini təmin etmək
  • Əmək müqaviləsi, departamentin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra etmək

Tələblər

  • Ali hüquqi təhsil
  • Azərbaycan dili üzrə əla şifahi və yazılı ünsiyyət bacarığı
  • MS Word və Excel proqramları ilə orta səviyyədə işləmə bacarığı
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması
  • İş yeri: Şirvan filialı
  • İş vaxtı: 5 iş günü, 09.00-18.00

MÜRACİƏT QAYDASI

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Məhkəmə işləri şöbəsinin hüquqşünası (Şirvan filialı) qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Bank məhsullarının satışı bölməsinin kiçik eksperti


Əsas vəzifə və öhdəliklər

  • Bank məhsullarının satışına birbaşa dəstək olmaq
  • Bank məhsulları ilə bağlı reklam daşıyıcılarının paylanması
  • Bank məhsulları ilə bağlı kampaniyaları müştərilərə çatdırmaq
  • Banka yeni müştərilərin cəlb olunması

Vakansiyaya kimlər müraciət edə bilər:

  • Ali təhsilli şəxslər
  • Azərbaycan dili üzrə əla şifahi və yazılı ünsiyyət bacarığı olanlar
  • MS Office proqramları ilə işləmək bacarığı olanlar
  • Karyerasını bank sektorunda qurmaq üçün yüksək motivasiyası olan gənclər
  • Yüksək ünsiyyət bacarığına, məsuliyyətli və intizamlı iş yanaşmasına malik olan şəxslər
  • İş yeri: Bakı filialları
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

MÜRACİƏT QAYDASI

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Bank məhsullarının satışı bölməsinin kiçik eksperti qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Qərarların icrası şöbəsinin hüquqşünası (Lənkəran filialı)

Əsas vəzifə və öhdəliklər

  • Şöbəyə daxil olan sənədlərin ilkin ekspertizası
  • İcraatda olan işlərin reyestrinin aparılması, işlərin müvafiq qaydada təhvili
  • Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icraya yönəldilməsi
  • İcra işləri üzrə bazanın yaradılması/işlənməsi
  • İcra məmurları ilə əməkdaşlıq edərək qərarların icra olunmasının təşkili

Tələblər

  • Ali hüquqi təhsil
  • Azərbaycan dili üzrə əla bacarıqlar
  • MS Word və Excel proqramları ilə orta səviyyədə işləmə bacarığı
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması
  • Sürücülük vəsiqəsi
  • İş yeri: Lənkəran şəhəri
  • İş vaxtı: 5 iş günü, 09.00-18.00

MÜRACİƏT QAYDASI

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Qərarların icrası şöbəsinin hüquqşünası (Lənkəran filialı) qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

İnsan Resursları departamenti – Biznes partnyor

Tələblər

  • İqtisadiyyat/Maliyyə/Hüquq/İdarəetmə və oxşar sahələrdə ali təhsil
  • AR Əmək Məcəlləsi barədə biliklər
  • 1-3 il müvafiq sahə üzrə iş təcrübəsi (bank sahəsində təcrübə üstünlükdür)
  • Dil bilikləri: Azərbaycan dili - əla, ingilis dili – çox yaxşı, (rus dili - yaxşı, üstünlükdür)
  • Komputer bilikləri: MS Word, MS Excel - əla, MS Power point, MS Project, MS Visio – çox yaxşı
  • Analitik düşünmə qabiliyyəti
  • Operativ olmaq və komanda ilə işləmək bacarığı
  • Yüksək səviyyədə şifahi özünüifadə və kommunikasiya bacarığı

Əsas vəzifə və öhdəliklər

  • İnsan resurslarının planlaşdırılmasını həyata keçirmək;
  • İşə qəbul prosesini həyata keçirmək;
  • Performans dəyərləndirmə sisteminin qurulmasında iştirak və tətbiq etmək;
  • İR proseslərinin təhlilini həyata keçirmək;
  • Səriştəlilik modelinin hazırlanmasında iştirak və tətbiq etmək;
  • Təlim və inkişaf proseslərinin təkmilləşdirilməsində iştirak və tətbiq etmək;
  • Müxtəlif İnsan resursları layihələrində iştirak və tətbiq etmək.
  • İş yeri: Baş İdarə
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

MÜRACİƏT QAYDASI

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində İnsan Resursları Departamenti – Biznes partnyor qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Kassa bölməsinin kiçik eksperti

Əsas vəzifə və öhdəliklər

  • Manatda və xarici valyutada nağd pul vəsaitlərinin, habelə digər qiymətlilərin və ciddi hesabat blanklarının qəbul edilməsi, verilməsi və saxlanılması üzrə əməliyyatların həyata keçirilməsi
  • Mədaxil və məxaric sənədlərinin yoxlanılması
  • Əməliyyatların bankın əməliyyat proqramında əks etdirilməsi
  • Bankomatların və ödəniş terminallarının inkassasiyasının həyata keçirilməsi

Seçim meyarları

  • Ali iqtisadi təhsil
  • Əla Azərbaycan dili bilikləri (Rus dili arzuolunandır)
  • MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
  • Böyükhəcmli rəqəmli məlumatlarla işləmək bacarığı
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olmaq

İş şərtləri

  • İş yeri: Bakı filialları
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Kassa üzrə kiçik ekspert qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

İstehlak kreditləri üzrə kiçik ekspert

Vəzifənin təsviri

İstehlak kreditləri üzrə kiçik ekspert bankın əsas funksiyalarından biri olan kreditvermə fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir və müştərilərlə sıx işləyir. Bu vəzifə ali təhsili tamamlamış və iş təcrübəsi olmayan və ya az olan şəxslər üçün unikal inkişaf imkanıdır.

Əsas vəzifə və öhdəliklər

  • Müştərilərin qəbulu və onlara kredit məhsulları haqqında məlumatların verilməsi
  • Müştərilər tərəfindən verilmiş kredit ərizələrinin təhlilinin aparılmasında iştirak edilməsi
  • Müsbət qərar verilmiş kredit ərizələrinin rəsmiləşdirilməsinin təmin edilməsi
  • Götürülmüş kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişinin qəbulu

Seçim meyarları

  • İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
  • Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
  • MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
  • Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
  • Yaradıcı və analitik düşüncə tərzi
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması

İş şərtləri

  • İş yeri: Bakı filialları
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində İstehlak kreditləri üzrə kiçik ekspert qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Xidmət bölməsinin kiçik eksperti

Əsas vəzifə və öhdəliklər

  • Fiziki və hüquqi şəxslərə bankın əmanət məhsulları haqqında məlumat verilməsi
  • Bağlanılacaq əmanət müqavilələrinin rəsmiləşdirilməsi
  • Fiziki və hüquqi şəxslər üzrə bütün növ bank hesablarının açılması, yenidən rəsmiləşdirilməsi və bağlanması
  • Müştəriyə kassa-hesablaşma xidmətlərinin göstərilməsi, bütün növ tapşırıq sənədlərinin hazırlanması

Seçim meyarları

  • İqtisadiyyat və idarəetmə sahəsi üzrə ali təhsil
  • Mükəmməl Azərbaycan və Rus dili bilikləri (İngilis dili arzuolunandır)
  • MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
  • Yüksək ünsiyyət bacarığı
  • Yaradıcı və analitik düşüncə tərzi
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması

İş şərtləri

  • İş yeri: Bakı filialları
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Xidmət bölməsinin kiçik eksperti qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Məlumat Mərkəzi üzrə Təcrübə Proqramı

Proqrama kimlər müraciət edə bilər?

  • Ali məktəbi bu il bitirən, hal-hazırda magistraturada təhsil alan və ya məzun olmuş şəxslər;
  • Azərbaycan dili üzrə əla yazılı və şifahi ünsiyyət bacarığı olanlar (Rus dili arzuolunandır);
  • MS Office proqramları ilə işləmək bacarığı olanlar;
  • Karyerasını bank sektorunda qurmaq üçün yüksək motivasiyası olan gənclər;
  • Öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan şəxslər.

Proqramdan əldə edəcəkləriniz:

  • Qabaqcıl bank təcrübələri
  • Bankın işgüzar mühitində peşəkarlarla birgə çalışmaq
  • Gələcəkdə bankda karyera qurmaq imkanı
  • Bankın tədbir, layihə və təlimlərində iştirak etmək

MÜRACİƏT QAYDASI

Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində Məlumat Mərkəzi – Təcrübə proqramı qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.

PL/SQL Developer

Əsas vəzifə və öhdəliklər

  • Bankda tətbiq olunan proqram vasitələrinin dəstəklənməsinin təmin edilməsi
  • Məlumat bazalarının proqramlaşdırılması (Oracle, SQl, Pl/SQl)
  • Mövcud məlumatları, cədvəlləri, sorğuları, saxlanılan prosedurları, hesabatları və s. (packages, procedures, pipeline functions, indexes, materialized views, bulk collection) təhlil edilməsi və dəyişdirilməsi

Tələblər

  • Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üstünlükdür.)
  • Sahə üzrə ən azı 2 il iş təcrübəsi
  • Azərbaycan dili əla, ingilis dili və rus dili üzrə yaxşı səviyyədə biliklər
  • Oracle, SQL, PL/SQL üzrə biliklər
  • Problem həll etmə və analitik düşünmə qabiliyyətinin yaxşı səviyyədə olması
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarların verilməsi
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsinin olması
  • İş qrafiki: 5 iş günü, 09:00-18:00
  • İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)

Müraciət qaydası

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində PL/SQL Developer qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Mikrokreditlər üzrə kiçik ekspert (Bakı və region filialları)

Vəzifənin təsviri

Mikrokreditlər üzrə kiçik ekspert bankın əsas funksiyalarından biri olan kiçik və orta sahibkarlar üçün kreditvermə fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir və müştərilərlə sıx işləyir. Bu vəzifə ali təhsili tamamlamış və iş təcrübəsi olmayan və ya az olan şəxslər üçün unikal inkişaf imkanıdır.

Əsas vəzifə və öhdəliklər

  • Yeni müştərilərin axtarışı, onlarla birbaşa görüşlərin təşkili və kredit məhsullarının təklif edilməsi
  • Müştərilərin analizi – gəlir və xərclərinin, ödəmə qabiliyyətlərinin təhlil edilməsi
  • Yeni cəlb olunmuş və həmçinin mövcud müştəri bazası ilə daimi əlaqə yaradaraq yeni məhsulların təklif edilməsi
  • Kredit portfelinə nəzarət və idarə olunması

Tələblər

  • İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
  • Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
  • MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
  • Yüksək ünsiyyət və izah etmə qabiliyyəti, həmçinin analitik düşüncə tərzinə malik olmalı
  • Təşəbbüskar, aktiv və əzmkar olmalı
  • Bank sektorunda karyera qurmağa həvəsli olmalı
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olmalı
  • İş yeri: Azneft filialı, Bakıxanov filialı, Əhmədli filialı, Həzi Aslanov filialı, Mərkəz filialı, Müştəri xidmətləri departamenti, Neftçilər filialı, Nəsimi filialı, Səməd Vurğun filialı, Xırdalan filialı, Lənkəran filialı, Şəki filialı, Şirvan filialı.
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

MÜRACİƏT QAYDASI

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Mikrokreditlər üzrə kiçik ekspert qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Onlayn bankçılıq şöbəsi – Analitika bölməsi üzrə təcrübə proqramı

Proqrama kimlər müraciət edə bilər?

  • Ali məktəbi bu il bitirən, hal-hazırda magistraturada təhsil alan və ya məzun olmuş şəxslər;
  • Azərbaycan dili üzrə əla yazılı və şifahi ünsiyyət bacarığı olanlar (Rus dili arzuolunandır);
  • MS Office proqramları, xüsusilə Excel proqramı ilə işləmək bacarığı olanlar (SQL azruolunandır.);
  • Karyerasını bank sektorunda qurmaq üçün yüksək motivasiyası olan gənclər;
  • Analitik düşüncə tərzinə malik, öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan şəxslər.

Vəzifə öhdəlikləri:

  • Məlumatlar bazasından məlumatların əldə edilməsi və hesabatların hazırlanması
  • Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması
  • Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq şöbənin fəaliyyətinin təhlil edilməsi və bu barədə rəhbərliyin məlumatlandırılması
  • Hesabatların hazırlanması, analizi, avtomatlaşdırılması və vizuallaşdırılması

Təcrübə yeri: İnzibati Mərkəz

MÜRACİƏT QAYDASI

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Analitika bölməsi – Təcrübə proqramı qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Fiziki şəxslərə online xidmət bölməsinin kiçik eksperti

Əsas vəzifə və öhdəliklər

  • Bankın sosial şəbəkələrdə rəsmi səhifələrinə daxil olan mesajları cavablandırır
  • Bank saytında online məsləhətçi xidmətini icra edir.
  • Bankın Korporativ saytlarindan daxil olan müraciətə əsasən Debet kart sifarişini icra edir
  • Təqaüd kart sifarişlərinin icrasını təmin edir
  • Daxil olan təklif, şikayət və iradları qeydə alır və yönləndirir
  • Şöbənin işi ilə bağlı hazırlanan təklif planında iştirak edir.

Tələblər

  • İş təcrübəsi (il): mütləq tələb deyil (olması üstünlükdür)
  • Təhsil: Ali
  • Dil biliyi (dil/dərəcə): Azərbaycan dili – Əla, Rus və İngilis dillərini - Yaxşı
  • Kompüter biliyi: MS Office
  • Yüksək kommunikasiya qabiliyyəti, səlis danışıq
  • Təşəbbüskarlıq
  • İş yeri: Bank of Baku ASC, İnzibati Bina
  • İş vaxtı: B.e.-Cümə, saat 9.00 saat 18.00-dək

MÜRACİƏT QAYDASI

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Fiziki şəxslərə online xidmət qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Məlumat Mərkəzi üzrə kiçik ekspert

Vəzifənin təsviri

Məlumat Mərkəzi üzrə kiçik ekspert banka müraciət edən şəxslərə bank məhsulları haqqında dəqiq və dolğun məlumatların verilməsi, müştəri müraciətlərinin araşdırılması və sorğularının cavablandırılması, müraciət edən şəxslərə ən uyğun bank məhsulunun təklif edilməsi fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir. Əsas vəzifə və öhdəliklər

  • 145 Məlumat Mərkəzinə daxil olan zənglərin cavablandırılması
  • Müraciət edən şəxslərə mövcud bank məhsulları üzrə məlumatların verilməsi
  • Müştərilərin müraciətlərinin araşdırılması, onların suallarının cavablandırılması və əməliyyatlar üzrə dəstək göstərilməsi
  • Müraciət edənlərin tələblərinə və ehtiyaclarına uyğun olaraq onlara bank məhsullarının təklif edilməsi

Tələblər

  • Ali təhsil
  • Mükəmməl Azərbaycan və Rus dili bilikləri (İngilis dili arzuolunandır)
  • MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
  • Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması
  • İş yeri: İnzibati Mərkəz
  • İş vaxtı: 5 iş günü, 2 növbəli iş qrafiki: 09:00-18:00, 11:00-20:00

MÜRACİƏT QAYDASI

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Məlumat Mərkəzi üzrə kiçik ekspert qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Maliyyə Departamenti, Analitika şöbəsi

Namizədə dair tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat)
  • Sahə üzrə 1-3 il iş təcrübəsi
  • Azərbaycan dili - əla, rus və ingilis dilləri – orta
  • MS Office proqramları ilə işləmə bacarığı – yüksək

Əsas vəzifə və öhdəliklər

  • Maliyyə nəzarətinin həyata keçirilmə mexanizmlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak
  • Makroiqtisadi məlumatların, trendlərin analizi, və bankın gələcək fəaliyyətində nəzərə alınması, təkliflərin hazırlanması
  • Büdcə üzrə proqnozların hazırlanması zamanı analitik dəstəyin verilməsi
  • İnvestisiya alətlərinin təhlil edilməsi və müvafiq təkliflərin hazırlanması
  • Filialların və məhsulların gəlirliliyinin təhlili
    İş şərtləri
  • Iş vaxtı: 5 iş günü, 09.00-18.00
  • İş yeri: Baş Ofis

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini hr@bankofbaku.com ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində Maliyyə departamenti/baş ekspert sözünü qeyd etməyi unutmayın!

Partnyorlarla iş bölməsi üzrə təcrübə proqramı

Proqrama kimlər müraciət edə bilər?

  • Ali məktəbi bu il bitirən, hal-hazırda magistraturada təhsil alan və ya yeni məzun olmuş şəxslər;
  • Azərbaycan dili üzrə əla yazılı və şifahi ünsiyyət bacarığı olanlar (Rus dili arzuolunandır);
  • MS Office proqramları, xüsusilə Excel proqramı ilə işləmək bacarığı olanlar;
  • Karyerasını bank sektorunda qurmaq üçün yüksək motivasiyası olan gənclər;
  • Analitik düşüncə tərzinə malik, öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan şəxslər.

Təcrübə yeri: İnzibati Mərkəz

MÜRACİƏT QAYDASI

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri mövzu bölməsində Partnyorlarla iş – Təcrübə proqramı qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Dizayner

Bank of Baku ASC, Dizayner vakansiyasını elan edir.

Əsas vəzifə və öhdəliklər

  • Kampaniya və layihələrlə bağlı kreativ konseptin hazırlanması və adaptasiyası
  • Sosial media səhifələri üçün gündəlik postların dizayn edilməsi
  • Bankdaxili bütün buklet, flayer, liflet və digər kommunikasiya vasitələrinin dizaynı

Seçim meyarları

  • Ali təhsil
  • Sahə üzrə 2-3 il iş təcrübəsi
  • Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
  • Adobe İllustrator, Photoshop, Corel Draw proqramları ilə işləmək bacarığı
  • Təşəbbüskar, aktiv və əzmkar olmalı
  • Bank sektorunda karyera qurmağa həvəsli olmalı
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olmalı

İş şərtləri

  • İş yeri: Baş İdarə
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

Müraciət etmək istəyən namizədlər CV-ləri və portfolio subject bölməsində Dizayner qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Bank of Baku ASC Gəncə filialı üçün mikrokreditlər bölməsi



Bank of Baku ASC Gəncə filialı üçün mikrokreditlər bölməsi üzrə vakansiya elan edir

Vəzifənin təsviri

Mikrokreditlər üzrə kiçik ekspert bankın əsas funksiyalarından biri olan kiçik və orta sahibkarlar üçün kreditvermə fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir və müştərilərlə sıx işləyir. Bu vəzifə ali təhsili tamamlamış və iş təcrübəsi olmayan və ya az olan şəxslər üçün unikal inkişaf imkanıdır.

Əsas vəzifə və öhdəliklər

  • Yeni müştərilərin axtarışı, onlarla birbaşa görüşlərin təşkili və kredit məhsullarının təklif edilməsi
  • Müştərilərin analizi – gəlir və xərclərinin, ödəmə qabiliyyətlərinin təhlil edilməsi
  • Yeni cəlb olunmuş və həmçinin mövcud müştəri bazası ilə daimi əlaqə yaradaraq yeni məhsulların təklif edilməsi
  • Kredit portfelinə nəzarət və idarə olunması

Tələblər

  • İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
  • Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
  • MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
  • Yüksək ünsiyyət və izah etmə qabiliyyəti, həmçinin analitik düşüncə tərzinə malik olmalı
  • Təşəbbüskar, aktiv və əzmkar olmalı
  • Bank sektorunda karyera qurmağa həvəsli olmalı
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olmalı
  • İş yeri: Gəncə filialı
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

PY/TMM və istehlakçılarla iş departamentinin, istehlakçılarla işin təşkili şöbəsinin kiçik eksperti



Tələb olunan meyarlar:

  • Təhsili- ali (iqtisadi, hüquqi);
  • Dil bilikləri – Azərbaycan dili - əla, İngilis dili – yaxşı, Rus dili - əla;
  • MS Office - əla

Əsas vəzifə və öhdəliklər:

  • Banka daxil olan şikayət, ərizə və təkliflərin baxılması, araşdırılması və cavablandırılmasını həyata keçirmək
  • Müraciətlərin araşdırılması məqsədilə aidiyyəti struktur bölmələrlə bağlı operativ məlumat mübadiləsi aparmaq, sorğular vermək, aidiyyəti sənədlər tələb etmək, onlardan yazılı və şifahi məlumatlar və arayışlar almaq
  • İstehlakçılardan daxil olan müraciətlərin araşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi və bankda yaradılmış xüsusi bölməyə daxil olan müraciətlərin reyestrdə qeydiyyatının aparılması
  • Müraciətlərin xarakterindən asılı olaraq, istehlakçılarla şifahi danışıqlar aparılması və görüşlər təşkil edilməsi, məsləhət və izahatlar verilməsi

Yuxarıdakı tələblərə uyğun namizədlər CV-lərini subject hissədə “İstehlakçılarla işin təhlili şöbəsinin kiçik eksperti” hr@bankofbaku.com ünvanına göndərə bilərlər.

Bank of Baku ASC Şirvan filialı üçün kassa bölməsi üzrə vakansiya elan edir

  • Manatda və xarici valyutada nağd pul vəsaitlərinin, habelə digər qiymətlilərin və ciddi hesabat blanklarının qəbul edilməsi, verilməsi və saxlanılması üzrə əməliyyatların həyata keçirilməsi
  • Mədaxil və məxaric sənədlərinin yoxlanılması
  • Əməliyyatların bankın əməliyyat proqramında əks etdirilməsi
  • Bankomatların və ödəniş terminallarının inkassasiyasının həyata keçirilməsi

Seçim meyarları

  • Ali iqtisadi təhsil
  • Əla Azərbaycan dili bilikləri (Rus dili arzuolunandır)
  • MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
  • Böyükhəcmli rəqəmli məlumatlarla işləmək bacarığı
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olmaq

İş şərtləri

  • İş yeri: Şirvan filialı
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Kassa üzrə kiçik ekspert qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Qərarların İcrası şöbəsinin eksperti

Əsas vəzifə və öhdəliklər

  • Şöbəyə daxil olan sənədlərin ilkin ekspertizası
  • İcraaatda olan işlərin reyestrinin aparılması, işlərin müvafiq qaydada təhvili
  • Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icraya yönəldilməsi
  • İcra işləri üzrə bazanın yaradılması/işlənməsi
  • İcra məmurları ilə əməkdaşlıq edərək qərarların icra olunmasının təşkili

Tələblər

  • Ali təhsil
  • Mükəmməl Azərbaycan dili
  • İş təcrübəsi: tələb olunmur
  • MS Office proqramları ilə işləmə bacarığı
  • Sürücülük vəsiqəsi

İş şərtləri

  • Bank of Baku ASC, Baş Ofis.
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Qərarların İcrası şöbəsinin eksperti (Bakı) qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Qərarların İcrası şöbəsinin eksperti (Gəncə filialı)

Əsas vəzifə və öhdəliklər

  • Şöbəyə daxil olan sənədlərin ilkin ekspertizası
  • İcraaatda olan işlərin reyestrinin aparılması, işlərin müvafiq qaydada təhvili
  • Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icraya yönəldilməsi
  • İcra işləri üzrə bazanın yaradılması/işlənməsi
  • İcra məmurları ilə əməkdaşlıq edərək qərarların icra olunmasının təşkili

Tələblər

  • Ali təhsil
  • Mükəmməl Azərbaycan (Rus dili arzuolunandır)
  • İş təcrübəsi: tələb olunmur
  • Azərbaycan dili: əla
  • MS Office proqramları ilə işləmə bacarığı
  • Sürücülük vəsiqəsi

İş şərtləri

  • Bank of Baku ASC, Gəncə filialı.
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Qərarların İcrası şöbəsinin eksperti qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Qərarların İcrası şöbəsinin hüquqşünası (Qarabağ regionu)

Əsas vəzifə və öhdəliklər

  • Qarabağ bölgəsində işlərin məhkəmədə təqibini həyata keçirir və bankın xeyrinə qərar çıxarılması üçün zəruri tədbirlər görür;
  • Məhkəmə qərarlarının alınıb aidiyyatı üzrə təhvil verilməsini təmin edir;
  • Məhkəmənin icraata qəbul edilmədən geri qaytarılmış işlərin yenidən məhkəməyə gönədirilməsini təmin edir;
  • Əmək müqaviləsi, departamentin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn digər funksiyaların icra edilməsi.

Tələblər

  • Ali təhsil (Hüquq)
  • Mükəmməl Azərbaycan dili
  • İş təcrübəsi: tələb olunmur
  • MS Office proqramları ilə işləmə bacarığı

İş şərtləri

  • Bank of Baku ASC, Baş Ofis.
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Qərarların icrası şöbəsinin hüquqşünası (Qarabağ regionu) qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.