|
|
|
|
|
Дебетные карты
|
Локальные карты
|
Кредитные карты
|
Для бизнеса
|
Виртуальные карты
|
Требование по безопасности
|
Кредиты наличными
|
Кредитные карты
|
Ипотека
|
Бизнес кредиты
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Nağd pul krediti, biznes kreditləri, kredit kartları və ipoteka kredit məhsulları mövcuddur. Əlavə olaraq https://www.bankofbaku.com/az/loans/, 145MM və Bankın filiallarına kredit məhsulları barədə ətraflı məlumat üçün müraciət edilə bilərsiniz.
Kreditin hesablanması Bankın "Xidmət tarifləri və şərtləri"nə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 16.11.2018-ci il tarixli 1851100014 nömrəli qərarı ilə “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması qaydaları” na uyğun olaraq hesablanır.
Kreditor qarşısında, borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda, həmin öhdəliyi tamamilə və hissə-hissə icra etməsi üçün öz üzərinə götürülən öhdəlikdir.
Zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
Girov öhdəliyin icrasını təmin etmək vasitəsidir. Borclu tərəfindən girovla təmin edilmiş öhdəlik icra edilmədikdə kreditor-girovsaxlayan, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, girov qoyulmuş əmlakın dəyərindən təminat almaqda başqa kreditorlar qarşısında üstünlük hüququna malikdir.
Dövlət təhlükəsizliyi və ictimai təhlükəsizlik mülahizələrinə və başqa səbəblərə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş istisnalarla girovqoyanın özgəninkiləşdirə bildiyi hərcür əşyalar, qiymətli kağızlar, maddi sərvətlər, xüsusi mülkiyyətdə olan torpaq sahəsi və əmlak hüququ girov predmeti ola bilər.
Şəxsiyyətlə bağlı tələblər, habelə qanunla qadağan olunmuş tələblər girov predmeti ola bilməz. Girov predmeti girovqoyanın razılığı ilə dəyişdirilə bilər.
Müştəri ilk öncə güzəşt predmeti haqda Banka ərizə ilə müraciət etməlidir. Daxil olmuş müraciət təhlil edildikdən sonra Bankın daxili qaydalarına uyğun olaraq hər hansı güzəşt tətbiq olunması məqsədəmüvafiq hesab oluna bilər.